700 bal toplayan tələbələr: Onlar hansı universitetdə oxuyacaq?

700 bal toplayan tələbələr: Onlar hansı universitetdə oxuyacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il 2 abituriyent qəbul imtahanından maksimum (400) nəticə əldə edərək 700 bal toplayıblar. Onlardan biri də Abdulsəmədli Orxan Fəxri oğludur.

Tribunainfo.az xəbər verir ki, AzEdu.az ixtisas seçiminin nəticələriylə bağlı hər iki tələbə ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

O, Azərbaycan Tibb Universitetinin Müalicə-işi (tədris ingilis dili üzrə) ixtisasına qəbul olub:

“Maksimum nəticə göstərdiyim üçün ali məktəbə qəbul olacağımı bilirdim. Yəni ixtisas seçiminin nəticələri mənə sürpriz olmadı. Ailə üzvlərimlə sevincimi bölüşdüm. Tələbə adını qazanmaq çox gözəl hissdir. Çox sevindim. Təhsilimi davam etdirib peşəkar həkim olmaq istəyirəm”.

700 bal toplayan digər tələbə Sona Nurməmmədli Azərbaycan Tibb Universitetinin (ATU) Tibb ixtisasına qəbul olduğunu bildirib:

“Əslində 9-cu sinifdən sonra valideynlərimin və müəllimlərimin dəstəyi ilə ixtisasımı müəyyənləşdirmişdim. Tibb ixtisası üzrə təhsil almaq qərarına gəldim.Həmçinin bu sahəyə özümündə böyük marağım var. 700 bal topladığımı öyrəndiyim an keçirdiyim sevinc hislərini dünən bir daha yaşadım. Həddən artıq çox sevindim. Ailə üzvlərim də təbii ki, çox sevindilər. İlk növbədə ali təhsilimi mükəmməl şəkildə almaq istəyirəm. Daha sonra rezidentura təhsilini isə xaricdə davam etdirməyi düşünürəm. Lakin bu barədə  tam dəqiq qərar verməmişəm. Vətənimə layiqli savadlı kadr olmaq istəyirəm. Abituriyentlərə tövsiyə edirəm ki, çətinliklərə baxmayaraq heç vaxt məqsədlərindən dönməsinlər. Təbii ki, bu yol onlara çətin görünə bilər. Amma əsas odur ki, qarşılarında məqsədləri olsun. Mütləq sistemli şəkildə çalışsınlar. Həmçinin istirahətlərini də vaxt ayırsınlar”.