Danimarkada uşaqlara qarşı 346 zorlama halında şübhəli bilinən 70 yaşlı təqaüdçüyə qarşı ittiham irəli sürülüb.
Danimarkada uşaqlara qarşı 346 zorlama halında şübhəli bilinən 70 yaşlı təqaüdçüyə qarşı ittiham irəli sürülüb.
TİA.AZ xəbər verir ki, Kopenhagendən olan kişi “sifarişlər”i internet vasitəsi ilə həyata keçirib.
O, Filippin sakinlərinə azyaşlı uşaqları onun müşahidəsi altında zorlamağı təklif edib. Qeyd olunur ki, bir sıra hallarda uşaqlara qarşı zorakılıq edənlər onların öz valideynləri olublar. Ən balaca qurbanın üç yaşı var.
Məhkəmə prosesi fevralın 28-də başlayıb. Müttəhim hazırda həbsdədir. (report)