70 kiloqram qızılla bağlı Türkiyədə daha bir azərbaycanlı saxlanılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Qəhraman Şamil oğlu Məmmədovla yanaşı Azərbaycan Respublikasının vətəndaşı Anar Əli oğlu Qasımov da saxlanılıb. O, Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Eyni zamanda cinayətin dəlili kimi qeyd olunan 70 kiloqram qızıldan əlavə hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.