7 YAŞLI UŞAĞIN QƏTLİ İLƏ BAĞLI MONİTORİNQ APARILACAQbackend

7 YAŞLI UŞAĞIN QƏTLİ İLƏ BAĞLI MONİTORİNQ APARILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin müzakirə etdiyi 7 yaşlı körpəni ölümü ilə bağlı məsələdə bir çox məqamlar var. Tribunainfo.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova monitorinq aparılacağını açıqlayıb. “Məktəb zallarının istifadəyə verilməsində tələb olunan qaydalar, qarşı tərəfin yoxlanılması ( psixoloji vəziyyəti, sağlamlıq dərəcəsi və s), uşaqlarla işləyən insanların pedaqoji qabiliyyəti və s. nazirlik tərəfindən ciddi araşdırılmalıdır. Məlumat üçün deyim ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şura olaraq Bakı Şəhər Təhsil İdarəsi ilə birlikdə monitorinq aparacağıq. Konkret bu halla bağlı uşağın ailəsinin də məsuliyyəti araşdırılmalıdır. İstintaq müddətində əminəm ki, məsələni formal deyil, mahiyyəti üzrə araşdırmaq mümkün olacaq”- deyə G.Səfərova qeyd edib.