7 saatdan az yatırsınızsa, bunları bilməlisiniz

7 saatdan az yatırsınızsa, bunları bilməlisiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yuxu bədən sistemlərini yavaşladaraq və rahatladaraq oyandığınızda özünüzü fiziki olaraq daha güclü hiss etməyinizi təmin edir. Müntəzəm və keyfiyyətli yuxu insana güc, enerji verir.
Az yatmaq isə… Əgər 7 saatdan az yatırsınızsa, bu məlumatları mütləq oxuyun.Az yatmaq insanı həm fiziki, həm də ruhsal olaraq zəiflədir. İnsan özünü daima stresli hiss edir. Əgər qan şəkəriniz qaydasında deyilsə və narahatsınızsa, bunun səbəbi az yatmaq ola bilər.
7 saatdan az yatmaq bu riskləri artırır:
İflic
Diyabet
Depressiya
Kökəlmək
İnfarkt
Yaddaşsızlıq
Təzyiq
Keyfiyyətli yuxu həm də eyni vaxtda yatıb, eyni vaxtda oyanmaqdır. Bədənin izlədiyi daxili bir saat var, bir gecə gec, bir gecə tez yatmaq bu ritmi poza bilər. Ona görə də çalışın yatmaq və oyanmaq üçün bir proqram yaradın. Bu, daha tez yuxuya getməyə və rahat oyanmağa kömək edəcək.
Keyfiyyətli yuxu üçün bunları bilməlisiniz
Komfort, İşıq səviyyəsi (qara pərdə istifadə edin)
Otaq temperaturu (otağın havası 15.6-19.4 dərəcə arasında olmalıdır)
Keyfiyyətli yastıq
Oyandıqdan sonra 5-15 dəqiqə günəş işığı qəbul edin. Günəş vücudunuza günün başlanğıcı olduğunu hiss etdirəcək və daxili bir gerisayım başladacaq. Bu, yuxu düzəninizi təmin edəcək və gecələr yuxuya getməyi tezləşdirəcək.
Kofe içdiyiniz saatlara diqqət edin
Nəzərə alın ki, kofein yuxunu qaçırdır. Kofeinin orqanizmdən çıxması 10 saat çəkir. Əgər gecə saat 12-də yatacaqsınızsa, 14:00-dan sonra kofe içməyin.
Gec saatlarda idman etməyin
Bədən yuxuya bu şəkildə hazırlanır: Ürək döyüntüsü yavaşlayır, beyin dalğaları yavaşlayır, vücud istiliyi düşür. İdman etmək isə ürək döyüntüsünü artırır, beyini aktivləşdirir, bədənin istiliyini artırır.
Mavi işıq
Yatmazdan əvvəlmavi işıqdan qorunun (telefon, kompüter, süni işıqlar). Mavi işıq beyinə gündüz olduğunu düşündürür və yuxu hormonunu (melatonin) üstələyər.
Düşüncələri kənara qoyun
Gecə yatmağa çalışarkən düşünməyin. Beyinin analitik fəaliyyəti açıq suallar yaradır. Beyin isə həll edilməmiş problemləri sevmir. Bu üzdən həll yolu tapmağa çalışan beyin sizə yatmağa icazə verməyəcək.
///musavat.com