7 qız 7 oğuldan da dəyərlidir …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeddi oğul istərəm deyirdi unudulmaz filmdə …Mən isə bu gün onlar kimi 7 qız 7 oğuldan da dəyərlidir dedim…Bu gün həyatımın ən gözəl günlərindən birini yaşadım…Bu 7 qız sanki öz qızlarımdı. Yeddi oğul istərəm deyirdi unudulmaz filmdə …Mən isə bu gün onlar kimi 7 qız 7 oğuldan da dəyərlidir dedim…Bu gün həyatımın ən gözəl günlərindən birini yaşadım…Bu 7 qız sanki öz qızlarımdı.

O qədər sevindim onların uğurlarına,heyran qaldım ağıllarına, istedadlarına, sadəliklərinə. Çünki bu qızlar millətin gələcəyidir, minlərlə gənc qızlarımıza ən gözəl örnəklərdəndirlər. Bu qızlar 700 bal toplayaraq ən yüksək nəticələrlə ali məktəblərə qəbul olublar. Bu gün onları evimdə qonaq etdim. Onların uğurlarına hamının sevindiyini söylədim.Təşəkkür etdim. “Xeyli söhbətləşdik. Siz arzularınızın, xəyallarınızın arxasınca gedə biləcək ağıla,istedada sahibsiniz və hər zaman mütləq bacaracam deyib daha da çox çalışmalısınız. Çünki siz artıq Millətimizin gənc qadın aydınlarısınız və bir millətin inkişafı onun qadınlarının savadından, inkişafından çox asılıdır və siz artıq gözəl örnəklər kimi fəal olmalısınız” dedim.

 

Hamısı həyat dolu, böyük xəyalları var və ən əsası hamısı da yaxşı peşəkar olmaqla bərabər gözəl aydın olmaq istəyindədirlər. Qızlarımızın ata-anaları ilə də söhbət etdik, onları təbrik etdim və belə övladlar böyütdükləri üçün təşəkkür etdim. Hamısı sadə ailələrin övladlarıdır və onlarla qürur duydum. Müəllimlərini də təbrik edirəm əziz qızlarımızın. Amma iki şeyi unutmadım. Qızlarımızdan biri “biz böyük ailəyiik, bir otaqlı evdə yaşayırdık və mən dərslərimə də orada çalışırdım.Amma hər zaman mən bacaracam deyirdim” dedi. Bir qızımız da “məni məktəblərdən birinə qəbul etməmişdilər amma 700 bal topladım və məni o məktəbdə rəsmi tədbirə dəvət etdilər. Oraya daxil olanda ey məktəb mən o qızam indi buraya gəlməm üçün məni dəvət edirlər” dedim. Hərəsinin örnək bir həyat hekayəsi var. Hamısını ayrı-ayrı yazacam. Minlərlə gənc qızlarımız qədər minlərlə ailələr üçün örnək olsun deyə. Qızlarınızın arxasında durarsınızsa,arzularına əngəl deyil dəstək olarsınızsa, onlar çox böyük uğurlara imza ata bilər bu qızlar kimi …

QƏNİRƏ PAŞAYEVA