Şəmkirdə 7 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb.
Tribunainfo.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi “Mercedes” markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən “KAMaz” markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və onun 6 sərnişini hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır digərləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.