backend

7 cütlük evlənməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 40 nəfərdə sifilis, 7 nəfərdə QİÇS aşkar edilib. 

Aprel ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 40 nəfərdə sifilis, 7 nəfərdə QİÇS aşkar edilib.

TİA.AZ xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktorun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 9 min 653 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib: “301 nəfərdə talassemiya daşıyıcılığı aşkar edilib. Həmin üç cütlüyün hər ikisində bu qan xəstəliyi tapılıb”.

Zöhrə Əlimirzəyeva qeyd edib ki, 2015-ci il iyunun 1-dən bu ilin aprel ayının sonunadək 268 min 174 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi keçirilib: “11 min 516 nəfərdə talassemiya daşıyıcılığı, 1060 nəfərdə sifilis, 191 nəfərdə isə QİÇS aşkar edilib.

2 il müddətində bu rəqəmi böyük hesab etmək olmaz. Bu müddət ərzində 100 cütlükdə isə talassemiya daşıyıcılığı aşkarlanıb, 7 cütlük evlənməkdən imtina edib. Qalan 93 cütlük ilə isə nəzarətdə saxlanılır.

28 cütlükdə artıq perinetal müayinə aparılıb. 5 uşaqda xəstəlik aşkarlanıb və abort olunub. Daşıyıcı və sağlam uşaqlar isə doğulublar. Bu iki il müddətdə talassemiya daşıyıcılığı olan qadınlardan ikinci dəfə hamilə olanlar var”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.