İngiltərənin Koventri şəhərində 7 aylıq körpə ailəsinə məxsus itin dişləməsi nəticəsində ölüb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, West Midlands polisinin verdiyi açıqlamaya görə, iyunun 16-da təhlükəli cinslər arasında olmayan bir ingilis ailəsinin bəslədiyi it ailənin körpəsini başından dişləyib. 7 aylıq körpə ağır yaralanıb.
Xəstəxanaya çatdırılan körpə ölüb.
Polis aqressiv itin elə həmin gün yatızdırıldığını açıqlayıb.