7 aylıq hamilə idi – Olimpiadada iştirak etdi

7 aylıq hamilə idi – Olimpiadada iştirak etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirli qılıncoynadan Nada Hafez Paris-2024 Olimpiadasında ikicanlı iştirak edib.

Tribunainfo.az xəbər verir ki, bu haqda idmançı rəsmi instaqram hesabında paylaşım edib.

Qadınların fərdi qılınc yarışında mübarizə aparan idmançı yarışlarda 7 aylıq hamilə ola-ola mübarizə aparıb.

“Sizə podiumda iki oyunçu kimi görünən, əslində üç idi! Bu, mən, rəqibim və hələ doğulmamış körpəm idi” , – Hafiz instaqram səhifəsində yazıb.

Qeyd edək ki, o, 1/8 finalda Cənubi Koreyalı Jeon Hayoung-a 15:7 hesabı ilə uduzaraq mübarizəni dayanırıb.