Malayziyalı aktrisa və rəqqasə Mişek Yeo 19 ildir münasibətdə olduğu tanınmış idman xadimi, “Ferrari”nin keçmiş baş direktoru Jan Todtla ailə həyatı qurub.
Cütlük ötən gün Cenevrədə evlənib.
Onların xoş günündə doğmaları və yaxın dostları iştirak ediblər.
Xatırladaq ki, 60 yaşlı M. Yeo və 77 yaşlı J. Todt 2004-cü il iyunun 4-də Şanxayda tanış olublar. Elə həmin il iyulun 26-da Todt ona evlilik təklifi edib. Aktrisa 6992 gündən sonra “hə” deyib.






