69 yaşlı Finlandiya prezidenti ata olub

69 yaşlı Finlandiya prezidenti ata olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın sonunda ikinci müddətə seçilən Finlandiya prezidenti Sauli Niinistö 69 yaşında ata olub.

TASS xəbər verir ki, fevralın 2-də dövlət başçısının xanımı Yenni Haukio oğlan uşağını dünyaya gətirib.

Sauli Niinistö və Yenni Haukio 2009-cu ildə ailə qurublar. Dövlət başçısının birinci arvadı 1995-ci ildə yol qəzasında həyatını itirib. Sauli Niinistönun birinci nikahdan iki uşağı var. Onun 40 yaşlı hazırkı həyat yoldaşı isə ilk dəfə ana olub.