Fransa prezidenti Emmanuel Makron Cənubi Afrikada keçiriləcək BRİKS Liderlər Sammitinə dəvət edilməyib.
Tribunainfo.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron avqustun 22-24-də Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçiriləcək BRİKS Liderlər Zirvəsinə qatıla bilməyəcək.
Cənubi Afrikanın xarici işlər naziri Naledi Pandor bazar ertəsi keçirdiyi mətbuat konfransında BRİKS sammitinə Afrika və cənub ölkələrindən 67 liderin dəvət edildiyini açıqlayıb.
Fransa prezidenti Emmanuel Makronun sammitə dəvət edilmədiyini birmənalı şəkildə təsdiqləyən Pandor, “Belə bir dəvət göndərilməyib” deyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də videokonfrans vasitəsilə sammitdə iştirak edəcək.