66 yaşlı kişi qarda yıxılıb öldü – Nəvəsini məktəbdən gətirirdi

66 yaşlı kişi qarda yıxılıb öldü – Nəvəsini məktəbdən gətirirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şaxtalı havada yolların buz bağlaması 66 yaşlı kişinin ölümünə səbəb olub.

Tribunainfo.az  “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bu gün Biləsuvarda baş verib.
Belə ki, Biləsuvar şəhər sakini 1958-ci il təvəllüdlü Cəmil Rəhimov buzlu yolda sürüşərək yıxılıb.
Ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən vəfat edib.
Qeyd edək ki, 66 yaşlı baba nəvəsini buzlu yollardan təhlükəsiz evə aparmaq üçün məktəbə gedibmiş.