65 yaşına çatmadan vəfat edənlərin pensiya kapitalı ailə üzvlərinə veriləcək? – Nazirdən AÇIQLAMA

65 yaşına çatmadan vəfat edənlərin pensiya kapitalı ailə üzvlərinə veriləcək? – Nazirdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pensiya kapitalının onun ailə üzvlərinə verilməsi məsələsinə aydınlıq gətirilib.

Tribuna.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı çıxış edib.

Nazir bildirib ki, bu gün Azərbaycanda sığorta pensiya sistemi həmrəylik prinsipi əsasında fəaliyyət göstərir:

“Bu gün istənilən şəxsin ödədiyi sığorta haqqı 1,1 milyon əmək pensiyaçısının pensiyasının maliyyələşdirilməsinə yönəldilir. DSMF-nin pensiya xərclərinin məbləği ali əsasda 600 milyon manata çatıb. Bizim və Dövlət Vergi Xidmətinin ay ərzində topladığımız vergi və sosial sığorta haqları elə həmin ayda pensiyaçıların pensiyalarını ödənilməsinə yönəlir.”