62% ukraynalı: Müharibəyə nə qədər lazım olsa, dözəcəyik

62% ukraynalı: Müharibəyə nə qədər lazım olsa, dözəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev Beynəlxalq Sosialogiya İnstitutu (KMİS)-in 2–14 sentyabr 2025-ci il tarixlərində apardığı sorğu göstərib ki, 62% ukraynalı müharibənin nə qədər davam edəcəyindən asılı olmayaraq dözməyə hazırdır.

Tribunainfo.az xəbər verir ki, daha 4% isə təxminən bir il dözməyə hazır olduğunu bildirib. Qısa müddət (yarım il və ya bir neçə ay) gözləyənlər isə 21%-dir. Bu göstəricilər iyun ayında aparılan analoji sorğunun nəticələri ilə eynidir.

Müharibənin 2025-ci ildə bitəcəyini gözləyənlərin 41%-i, 2026-cı ildə bitəcəyini düşünənlərin 63%-i, 2027-ci ildən sonrakı dövrü gözləyənlərin isə 74%-i “nə qədər lazım olsa, dözəcəyik” cavabını verib. “Bilmirəm” deyənlər arasında bu göstərici 61%-dir.

Sorğuya ümumilikdə 1023 respondent cəlb olunub. Xüsusi dizayn-effekti nəzərə alınmaqla statistik xəta 4,1%-dən yuxarı deyil.

Xatırladaq ki, avqust sonunda keçirilən digər sorğuda ukraynalıların 55%-i “müharibənin tezliklə, istənilən şərtlə başa çatmasını” istədiyini, 30%-in isə bunun əleyhinə olduğunu bildirib.

Bununla yanaşı, 73% ukraynalı hələ də qələbəyə inanır, 17% isə inanmır. Ən az optimizm şərq bölgəsində (55%), ən çox isə cənubda (69%) qeydə alınıb.

İmran Kərimli