61 yaşlı Mətanət İsgəndərli: “Evlik təklifi gəlsə, düşünərəm” – VİDEO

61 yaşlı Mətanət İsgəndərli: “Evlik təklifi gəlsə, düşünərəm” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Mətanət İsgəndərli açıqlaması ilə gündəm olub. Yenisabah.az xəbər verir ki, “Rəngarəng Səhər” verilişinin qonağı olan sənətçi evlilik təklifi ilə bağlı düşüncələrini bölüşüb.

Belə ki, aparıcının “evlilik təklifi gəlsə, nə deyərsiniz?” sualına belə cavab verib:

“Evlənmək kimi bir fikrim yoxdur, açığı. Amma təklif gəlsə, düşünərəm. İstəyərdim bu barədə uzun-uzadı danışım, amma qısa deyəcəyəm: düşünə bilərəm!”

61 yaşlı sənətçinin bu fikirləri qısa zaman ərzində sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onu bu sözlərinə görə, qınaq atəşinə tutub.