600 mindən çox ictimai işçi ilə bağlı kollektiv əmək müqaviləsi danışıqlarına başlanılıb.
Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, Türk-İş və Hak-İş işçilərin maaşlarının artırılması tələblərini Əmək və Sosial Müdafiə naziri Vedat İşıqhana təqdim ediblər.
İşçilər minimum əmək haqqının gündəlik 1800 lirəyə çatdırılmasını və ilk 6 ayda bu rəqəmin 50 faiz artırılmasını tələb ediblər.
Avtomobil yolları, dəmiryolları, elektrik stansiyaları, nazirliklər, universitetlər və xəstəxanalar da daxil olmaqla, dövlət qurum və təşkilatlarında çalışan 600 mindən çox işçi ilə bağlı 21 maddəlik layihədə, ilk növbədə, dövlət sektorunda minimum gündəlik əmək haqqının 1800 lirəyə yüksəldilməsi tələb edilib. Minimum gündəlik əmək haqqı artımından sonra işçilərə iş stajının artırılması və 2025-ci ilin ilk 6 ayı üçün bu rəqəmin 50 faiz artırılması tələb edilib.
Dəniz