Bu il qəbul imtahanlarının nəticələrində müsbət dinamika var.
Bu il qəbul imtahanlarının nəticələrində müsbət dinamika var.
Təhsil Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib.
Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı cari ildə 35.790 nəfər (50.6) faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 6.7 faiz artıqdır.
Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib.
Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb.