60 yaşlı Monika Belluççi – FOTOLARbackend

60 yaşlı Monika Belluççi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur aktrisa Monika Belluççi 30 sentyabr 1964-cü ildə İtaliyanın Citta di Castello şəhərində anadan olub.

 Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, nəqliyyat şirkətinin işçisi və sənətçi ailəsinin yeganə övladı idi. Orta məktəbi bitirdikdən sonra Belluççi Perugia Universitetinin hüquq fakültəsinə daxil olur. 1987-ci ildə o, modellik karyerasına başlayır – və maaşını təhsil haqlarına xərcləyir. Debütdən bir neçə ay sonra həvəsli model Fransız “Elle” jurnalının üz qabığına çəkilir.

1988-ci ildə Monika təhsilini yarımçıq qoyub Milana köçmək qərarına gəlir və özünü tamamilə modellik biznesinə həsr edir. Orada o, nüfuzlu “Elite Model Management” agentliyi ilə müqavilə bağlayır və modellikdə əhəmiyyətli uğurlar qazanır. Onun portfelinə Amica, Grazia, Moda, Vogue jurnallarının üz qabığı daxildir, həmçinin dünyanın ən böyük brendləri olan Dolce & Gabbana, Valentino, Prada, Victoria’s Secret, Cartier, Betti Barclay, Ferretti, Hermes, Escada və s.

Belluççi  aktyorluq karyerasına 25 yaşında başlayır – 1990-cı ildə Dino Risinin “Uşaqlarla həyat” televiziya filmində kiçik bir rolda özünü sınayır. İki il sonra Frensis Ford Koppola Monikaya Drakulada kameo rolu təklif edir, bundan sonra təkliflər gəlməyə başlayır. “Geri dönməz”, “Matrix yenidən yükləndi”, “Malena”, “Məsihin ehtirası” kimi filmlər Belluççini dünya kinosunun ən məşhur aktrisalarından birinə çevirir.

  • 60 yaşlı Monika Belluççi - FOTOLAR
  • 60 yaşlı Monika Belluççi - FOTOLAR
  • 60 yaşlı Monika Belluççi - FOTOLAR
  • 60 yaşlı Monika Belluççi - FOTOLAR
  • 60 yaşlı Monika Belluççi - FOTOLAR
  • 60 yaşlı Monika Belluççi - FOTOLAR
  • 60 yaşlı Monika Belluççi - FOTOLAR
  • 60 yaşlı Monika Belluççi - FOTOLAR
  • 60 yaşlı Monika Belluççi - FOTOLAR
  • 60 yaşlı Monika Belluççi - FOTOLAR