ABŞ-ın Çikaqo şəhərində 6 yaşlı müsəlman uşaq 26 bıçaq zərbəsi alıb, anası isə yaralanıb. ABŞ prezidenti Co Bayden 6 yaşlı müsəlman uşağın öldürülməsi və anasının yaralanması xəbərindən sarsıldığını bildirib.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Vill County Şerif Ofisindən verilən açıqlamada, 71 yaşlı Cozef M. Czubanın uşağın və anasının müsəlman kimliyi və İsrail-Fələstin münaqişəsi səbəbindən öldürüldüyü iddia edilib.
Bildirilib ki, polis ev sahibinin ona bıçaqla hücum etdiyini söyləyən qadının zəngindən sonra hərəkətə keçib və hadisə yerinə gələndə Czubanı evin qarşısında oturmuş vəziyyətdə görüblər.
26 bıçaq zərbəsi alan uşağın vəziyyətinin ağır olduğu, yerli xəstəxanaya köçürüldükdən sonra dünyasını dəyişdiyi, xəstəxanaya yerləşdirilən anasının vəziyyətinin ağır olduğu açıqlanıb.