6 yaşında oğurlanan Luis 73 il sonra ailəsinə qovuşdu – FOTObackend

6 yaşında oğurlanan Luis 73 il sonra ailəsinə qovuşdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1951-ci ildə ABŞ-də qaçırılan 6 yaşlı Luis Armando Albino 73 ildən sonra tapılıb. Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün 79 yaşı olan Albino 6 yaşında olarkən Oklenddə qardaşı ilə oynadığı parkdan qaçırılıb. Bir qadın balaca uşağı ona konfet verəcəyi vədi ilə qaçıraraq Nyu-Yorka aparıb.

Burada cütlük Albinonu övladlığa götürərək öz övladları kimi böyüdüblər. Hadisədən məyus olan ana övladının bir gün qayıdacağına ümid edərək illərlə onun yolunu gözləsə də, 2005-ci ildə dünyasını dəyişib.

İllərlə sirr olaraq qalan Albinonun taleyi DNT testləri ilə üzə çıxıb. Onu axtarmaqdan heç vaxt vaz keçməyən qardaşı qızı Alida Alequin polis və FTB-nin köməyi ilə illərdir addım-addım təqib edərək itkin əmisini tapıb.

Qardaşlar 73 il sonra bir-birinə qovuşublar.  Sonda “itirilmiş oğlan”ın keçmiş illərdə yanğınsöndürən olmuş və Vyetnamda döyüşmüş Luis Armando Albino olduğu üzə çıxıb.

Luis qaçırılmadan əvvəl birlikdə oynadığı 83 yaşlı qardaşı Rocerlə 73 ildən sonra tanış olub və görüşdə duyğulu anlar yaşanıb. Görüş zamanı xərçənglə mübarizə aparan qardaşı Rocer qardaşına qovuşduqdan az sonra dünyasını dəyişib.

6 yaşında oğurlanan Luis 73 il sonra ailəsinə qovuşdu - FOTO