Ötən gün Azərbaycanın Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar.
Tribunainfo.az xəbər verir ki, “Yerkrapa” terror təşkilatı (Yurdun qoruyucuları) — Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatıdır. Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi ilk növbədə 6 min erməni müharibə iştirakçısından ibarət olub.
Azərbaycanda fəaliyyəti terror təşkilatı kimi dəyərləndirilən bu ittifaqın Ermənistanda böyük və nüfuzlu bir qrup sayılır. “Yerkrapa” Birinci Qarabağ müharibəsində fəal iştirak edib. Terror təşkilatı Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılıb. Sarkisyanın ölümündən sonra “Yerkrapa”nın Ermənistan siyasətində təsiri azalmağa başlayıb.
“Yerkrapa” Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Terror təşkilatı 2016-cı il Aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərib.
“Yerkrapa”nın hazırki komandiri Sasun Mikayılyandır. Məşhur komandirləri isə Vazgen Sarkisyan və Manvel Qriqoryan olub.