6 körpənin ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsi gündəmə gələn Respublika Perinatal Mərkəz 4 aya yaxındır “Azəriqaz” İB-lə məhkəmə çəkişməsindədir.
Tribunainfo.az xəbər verir ki, ötən ildən başlayan prosesdə iddiaçı tərəf Perinatal Mərkəzdir. Tərəflər arasında problem istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi ilə bağlı yaranıb.
İş hələ də məhkəmədədir. Növbəti proses 8 fevral tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə baş tutacaq.
Nigar