Şamaxıda 6 kəndin bələdiyyə sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, Şamaxı rayonunun Meysəri bələdiyyəsinin (Meysəri, Muğanlı, Qurdtəpə, Günəşli, Şirvan və Şərədil kəndləri) sədri Emil Nəbiyev barəsində Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edib.
Məlum olub ki, 6 kənədə rəhbərlik edən bələdiyyə sədrinin sözügedən idarəyə 2000 min manatdan çox vergi borcu yaranıb. Xəbərdarlığa baxmayaraq, sözügedən borcu ödəməyən bələdiyyə sədri barəsində məhkəməyə müraciət edilib.
Məhkəmənin hökmü ilə 1995-ci il təvəllüdlü Emil Nəbiyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.










