TİA.AZ Türkiyənin “Posta” qəzətinə istinadən bildirir ki, İngiltərədə yaşayan Dave Murphy adlı insan altı ildir ki, öz sidiyini içir və sidiyndən vanna edir.
TİA.AZ Türkiyənin “Posta” qəzətinə istinadən bildirir ki, İngiltərədə yaşayan Dave Murphy adlı insan altı ildir ki, öz sidiyini içir və sidiyndən vanna edir.
54 yaşlı bu adam bunu sayəsində 127 kilodan 76 kiloya düşdüyünü, astma xəstəliyindən xilas olduğunu və daha gənc göründüyünü iddia edir.
Sidiyini üzünə çəkir
“Mirror”da nəşr olunan xəbərə görə, Dave demək olar ki, hər gün bir qreypfrut və iki stəkan sidiklə həyatda qaldığını deyir. Həftənin üç günü də kiçik bir pay kartof qızartması yeyir. Hətta, 2012-ci ildə 30 gün ərzində yalnız öz sidiyi ilə qidalanıb.
Sidiyi yalnız içmək üçün istifadə etmədiyini söyləyən Dave, həmçinin üzünü yumaq və nəmləndirmək üçün də sidikdən istifadə edir, sidiyin ən yaxşı yaşlanma əleyhinə vasitə olduğunu deyir. “Sidiyimi içdikdən sonra özümü heç olmadığım qədər sağlam və fit hiss edirəm”- deyə əlavə edib.
“İnsanlar çox şeydən istifadə etməməlidir. Sidik az yeməyi təmin edir və insanların ehtiyacı olan hər şeyi ödəyir. Bir çox insan sidiyini tullantı hesab edir ki, ancaq sidik sudan da daha təmizdir.
Orqanizminizdə infeksiya varsa, sidiyinizdə onlarla mübarizə aparmaq üçün anticisimlər var. İmmunitet sisteminizi gücləndirir. Mən astmadan bunun sayəsində xilas oldum. Ağrılardan xilas olmaq üçün, gözlərinizi silmək üçün, ayaqlarınızı yumaq üçün istifadə edə bilərsiz”.
İlahə