6 ildir axtarışda olan uşaq Fransada tapıldı

6 ildir axtarışda olan uşaq Fransada tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtkin düşdüyü bildirilən və 6 ildir hər yerdə axtarılan 17 yaşlı britaniyalı oğlan Fransada tapılıb.

Tribunainfo.az Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Fransanın Tuluza Prokurorluğu açıqlamada Aleks Battinin şəhərdəki gənclər mərkəzində olduğunu və qısa müddətdə İngiltərəyə qayıda biləcəyini bildirib.

2017-ci ildən itkin düşən Aleksi çərşənbə günü səhər Tuluza yaxınlığında yağışda gəzərkən görən avtomobil sürücüsü tapıb.

Aleks İngiltərədəki nənəsinə sürücünün telefonundan istifadə edərək “səni sevirəm, evə qayıtmaq istəyirəm” deyib.

Uşaq anası və babası ilə İspaniyaya tətilə getdikdən sonra itkin düşüb. Aleksin himayəsində olmayan ana və babanın harada olduğu da məlum deyil. Lakin uşağın itməsi ilə bağlı hər ikisinin axtarışı davam edir.