Beyləqan rayonu, Əhmədli kəndində oğurluq hadisəsi baş verib.
Bakupost.az –ın məlumatına görə, oğurluq hadisəsini törədənlər Xalac kənd tam orta məktəbinin şagirdləri olub.
6-cı sinif şagirdləri – M.N, N.Ə qonşu kəndə gedərək bir evi qarət ediblər.
Evin sahibi Moskva şəhərində yaşadığından evdə heç kim olmayıb. Evin sahibi İlham Əhmədovun bildirdiyinə görə, ev dağıdılıb, qiymətli əşyalar oğurlanıb.
Araşdırma aparılır.