Goranboyda 6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüatlar məlum olub.
Tribunainfo.az xəbər verir ki, Veyisli kəndində 1998-ci il təvəllüdlü Vüsalə Mamedova azyaşlı uşaqlarını qonşusunun evində nəzarətsiz qoyub. Bu zaman qadının böyük oğlu (azyaşlıdır) kibritlə ehtiyatsız davranması nəticəsində evin mətbəxində yanğın baş verib. Bu zaman 6 aylıq körpə ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.