6 ayda yol qəzalarında 387 nəfər ölüb

6 ayda yol qəzalarında 387 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında avtomobil yollarında 780 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,8 faiz azalaraq 1056 nəfər olub.

Onlardan 387-si həlak olub, 669-u isə yaralanıb. Hadisələrin 44,3 faizi gündüz, 39,4 faizi gecə, 16,3 faizi isə toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.