6 ayda 21 min erməni ölkəsini birdəfəlik tərk edib

6 ayda 21 min erməni ölkəsini birdəfəlik tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökumətinin açıqlamasına görə, gələn il iqtisdi artım 5 faizi keçəcək. Tribunainfo.az xəbər verir ki, parlamentdəki müzakirələr zamanı hökumət rəsmiləri qeyd ediblər ki, bu normal artımdır.

Lakin Ermənistan müxalifəti hökumətin yalan danışdığını iddias edib. “Haystan” fraksiyasının deputatı Artur Xaçatryan rəsmi rəqəmləri açıqlayaraq, bildirib ki, son 6 ayda iş yerlərinin bağlanması səbəbindən 31 min nəfərə yaxın erməni işsiz qalıb. Yeni yaradılan iş yerlərinin sayı isə 12-15 min nəfər arasında dəyişib.

Erməni deputat onu da bildirib ki, son altı ayda Ermənistanı birdəfəlik tərk edənlərin sayı 20 min 366 nəfər təşkil edib. Onun sözlərinə görə, həmin gedənlər məhz işsizlik səbəbindən ölkəni tərk ediblər.