Çinli milyonçu Castin Sun 6.2 milyon dollara satın alınan sənət əsərindəki bananı yeyib.
Tribunainfo.az -ın məlumatına görə, o, bu addımı Honq-Konqda keçirilən xüsusi mətbuat konfransında atıb.
“Digər bananlardan çox dadlıdır. Həqiqətən, bu, çox yaxşıdır”, – Castin Sun meyvəni yedikdən sonra deyib.
Çinli sahibkar bu yaxınlarda Nyu-Yorkda yerləşən “Sotheby’s” auksionunda italiyalı rəssam Mauritsio Kattelanın orijinal əsərini 6,2 milyon dollara alıb.