596 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada iyunun 5-dən 11-dək 596 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. 

Yaponiyada iyunun 5-dən 11-dək 596 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

 Bu barədə ölkədə təcili tibbi xidmət funksiyasını da yerinə yetirən Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Xəstəxanaya yerləşdirilənlər arasında təqribən 200 nəfər müxtəlif müddətə stasionar müalicə alacaq. Xəsarət alanların 43 faizinin yaşı 65-dən yuxarıdır.

Qeyd olunan müddət ərzində Yaponiyada hava kəskin isti olmayıb. Buna görə də əvvəlki həftə ilə müqayisədə xəsarət alanların sayı iki dəfədən çox azalıb. Bu göstəricinin azalmasına səbəb kimi ölkədə “gavalı yağışları” fəslinin başlaması göstərilir. (AZƏRTAC)