Bir neçə gün əvvəl Las-Veqasda 50-dən çox adamı qətlə yetirmiş Stiven Peddokla bağlı xəbərlər gəlməkdə davam edir.
Bir neçə gün əvvəl Las-Veqasda 50-dən çox adamı qətlə yetirmiş Stiven Peddokla bağlı xəbərlər gəlməkdə davam edir.
Milli.Az “Metro”ya istinadla bildirir ki, Las-Veqasda əxlaqsızlıqla məşğul olan eskordlardan biri polislərə Stiven barədə danışıb. Adı mətbuata açıqlanmayan qadın bildirib ki, onunla dəfələrlə cinsi əlaqədə olub. Stiven birlikdə qumar oynayıb, söhbət etdikdən sonra ona hər əlaqə üçün 5900 dollar “xidmət haqqı” ödəyib.
Qadın onun cinsi əlaqə zamanı vəhşi kimi davrandığını, şiddəti və təcavüzü sevdiyini, onunla söhbət edərkən özünü “pis insan” kimi təqdim etdiyini söyləyib.
Qeyd edək ki, oktyabrın 2-də Las-Veqasda musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Peddok insalara “Mandalay Bay Hotel” mehmanxanasının 32-ci mərtəbəsindən atəş açmağa başlayıb. Hadisə nəticəsində 58 nəfər həlak olub, 500-dən artıq insan yaralanıb.