Las-Veqasda musiqi festivalına gəlmiş 58 nəfəri güllələyən Stiven Peddok aviasiya yanacağı olan sisternləri hədəfə götürübmüş.
Las-Veqasda musiqi festivalına gəlmiş 58 nəfəri güllələyən Stiven Peddok aviasiya yanacağı olan sisternləri hədəfə götürübmüş.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə öz mənbələrinə istinadən “Las Vegas Review-Journal” yazıb. Qəzetin yazdığına görə, iki yanacaq rezervuarı festivaldan 350 metr aralıda yerləşib. Güllələrdən biri bakı deşib, lakin partlayış baş verməyib.
Qəzetə məlumat verən mənbələrdən biri deyib ki, rezervuarlar alışmadan mühafizə mexanizminə malikdir, yanacağın özü isə çətin alışandır.
Xatırladaq ki, 1oktyabrda Las-Veqasdakı konsertin atəşə tutulması nəticəsində 58 nəfər ölüb, 500-dən çox adamlar yaralanıb. Atıcı isə intihar etmişdi.