Dekabrın 25-nə olan məlumata görə, Qarabağdan gedən 5500-dən çox erməni Ermənistan Respublikasının vətəndaşı olub. Vətəndaşlıq qəbulu prosesi davam edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, rəsmi məlumata görə, Qarabağdan gedən 6724 erməni Ermənistan vətəndaşlığı üçün müraciət edib.
Onlardan 5510 nəfər artıq prezident fərmanı ilə Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib. Bu o deməkdir ki, daxil olan müraciətlərin 80%-dən çoxuna müsbət baxılıb.