Bakı Ağır Cinayətlər Məhkəməsində qonşuluqda yaşadığı 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Məhəmməd Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşuluqda yaşadığı 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Məhəmməd Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə bu il Nizami rayonu Keşlə qəsəbəsində baş verib.
Məhəmməd Əliyev qonşuluqda yaşayan 14 yaşlı Samirəni (ad şərti verilib –red.) qızı həyətdə görüb.
Samirə həmin vaxt belindən tutub və Məhəmməd ondan hansı səbəbə belini tutduğunu soruşub. Samirə deyib ki, əmi, belim ağrıyır.
Bu zaman Məhəmməd Əliyev Samirəni evinə çağırıb, bildirib ki, onu Quranın altından keçirəcək, bununla da belinin ağrısı kəsəcək.
Samirə Məhəmməd Əliyev sözünə inanaraq onun evinə gəlib. Samirəni evə salan Məhəmməd qapını arxadan bağlayıb. Sonra 14 yaşlı qıza təcavüz edib və ona qarşı seksual xarakterli hərəkətlər edib.
Samirə Məhəmmədin evindən çıxaraq ağlaya-ağlaya öz yaşadığı evə gəlib. O, başına gələnləri anasına danışıb. Samirənin valideynləri hüquq-mühafizə orqanlarına müraciət edib.
Məlumat üçün bildirək ki, bu Məhəmməd Əliyevin 5-ci həbsdir. Bundan əvvəl o, zorlama ittihamı ilə bağlı 2 dəfə, oğurluq ittihamı ilə 2 dəfə məhkumluq həyatı yaşayıb.
Hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhəmməd Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.