53 yaşlı xalq artisti festivalda səhnəyə elə paltarda çıxdı ki.. – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi dünən “Jara” festivalının sonuncu günü baş tutub. 

Xəbər verdiyimiz kimi dünən “Jara” festivalının sonuncu günü baş tutub.

Publika.az xəbər verir ki, festivalın son günündə səhnəyə çıxan rusiyalı ulduzlar arasında Xalq artisti Lolita da olub. Gecədə ifaçı “Ты мое море” və “На Титанике” hitlərini səsləndirib. Artist ikinci ifasını festivalın xarici qonağı – “Rammstein” qrupunun solistinə həsr edib.

Lolita hər zamankı kimi bu dəfə də səhnə kostyumu ilə bakılı qonaqları təəccübləndirə bilib. O, səhnəyə şəffaf kombinezonda çıxıb. Nömrədən sonra tədbirin aparıcısı Maksim Qalkin Lolitaya geyimi ilə bağlı sual verib. 53 yaşlı müğənni isə bu cavabı verib:

“Guya sənin həyat yoldaşın (Alla Puqaçova) nə geyinmişdi ki? Mən estradamızın yeganə kök qadın müğənnisi olaraq qalmaq istəyirəm”.

Yumor hissi hamının ürəyincə olan müğənninin bu sözlərini hər kəs alqışlarla qarşılayıb.