Ən qısa evliliyi 24 saat davam edən və 43 il ərzində 53 qadınla evlənərək bu sahədə rekord qıran səudiyyəli Əbu Abdullahın evlilik tövsiyəsi geniş müzakirə olunub.
Abdullah evliliyi haqqında bunları deyib:
“İlk dəfə ailə quranda özümü rahat hiss etdiyim və uşaq sahibi olduğum üçün birdən çox qadınla evlənməyi planlaşdırmadım. Amma bir müddət sonra yenidən başqa qadınla evlənmək qərarına gəldim və bunu həyat yoldaşıma da dedim”.
Daha çox səudiyyəli qadınlarla evləndiyini deyən Abdullah birinci həyat yoldaşının özündən böyük olduğunu açıqlayıb. Onlar evlənəndə Abdullanın 20, arvadı isə ondan 6 yaş böyük idi.
Bəzən xaricdə ezamiyyətdə olarkən tanış olduğu qadınlarla evləndiyini etiraf edərək “Üç-dörd ay xaricdə idim. Ona görə də özümü günahdan xilas etmək üçün ailə qurdum”, deyə bildirib.
Abdullanın evliliklə bağlı tövsiyəsi təəccüb doğurub: “Həmişə özündən böyük arvad seç. Dünyada hər kişi bir qadına sahib olmaq və əbədi olaraq onunla qalmaq istəyər… Amma sabitlik gənc qadında deyil, yaşlı qadında olur”.