“525”dən istifadə edənlər təngə gəlib – “Kobud davranırlar”

“525”dən istifadə edənlər təngə gəlib – “Kobud davranırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masazırdan şəhər istiqamətinə fəaliyyət göstərən 525 nömrəli avtobusun gec gəlməsi sakinləri narahat edir. Sərnişinlər tək avtobuslardan yox, sürücülərdən də şikayətcildirlər.

Tribunainfo.az Milli.Az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, onlar yeni avtobuslarla yanaşı köhnə avtobuslardan da istifadə edirlər:

“Avtobuslar çox gec gəlir. Gözümüz yollarda qalır. Gələndə isə çox sıxlıq olur”.

Sərnişinlər həmçinin iddia edirlər ki, sürücülər onlarla pis rəftar edirlər:

“Davranışları çox kobuddur. Bəzən elə olur ki, sükan arxasında siqaret çəkirlər”.

Sürücülər isə deyilənlərlə razılaşmırlar. Sürücülər də sərnişinlərdən şikayətcildirlər:

“Kamera önündə siqaret çəkmək nədir? Yalan ifadədədir. Bizimlə əksinə kobud davranırlar. Bildiririk avtobusda ön qapı önündə durmayın, amma onlar bizə qulaq asmırlar”.

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, 525 nömrəli marşrut xəttində 22 avtobus 6-7 dəqiqə intervalı ilə sərnişinlərə xidmət edirlər. Marşrutun keçdiyi küçə və prospektlərdə günün pik saatlarında tıxac olur. 2025-ci ildə 525 nömrəli avtobuslar yenilənib, digərlərinin də yenilənməsi nəzərdə tutulub.