51 yaşında tələbə olan qadın: “Dedilər ki, ay xala, get, qablarını yu”-VIDEObackend

51 yaşında tələbə olan qadın: “Dedilər ki, ay xala, get, qablarını yu”-VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 22-də qəbul imtahanlarının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 55 656 nəfər tələbə adını qazanıb.

Onlardan biri də Həqiqət Salahovadır. Şəmkir rayon sakini olan Həqiqət Salahovanı digərlərindən fərqləndirən bir cəhət var.
O, 51 yaşında yenidən tələbə olub.
Həqiqət Salahova 1994-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olsa da, övladları körpə olduğuna görə təhsilini yarımçıq qoyub. 26 illik fasilədən sonra yenidən ali təhsil almaq fikrinə düşüb:
“Uşaqlarıma özümü təsdiqləmək üçün yenidən sənədlərimi vermək istədim. Övladlarım mənə çox dəstək oldular. Dedilər ki, sənin savadın var, daxil olarsan. Birinci mərhələdə imtahanı uğurla verdim. Mənə çox asan gəldi. Blok imtahanına da hazırlaşdım. Sosial şəbəkələrin birində məsləhət almaq üçün yazdım. Hamı mənə dəstək oldu. Sözün düzü, belə səs-küy gətirəcəyinə inanmırdım. Amma ətrafımda da deyənlər var idi ki, bu yaşda universitetə imtahan verirəm. Yazanlar oldu ki, “ay xala, get, qablarını yu”. Heç vaxt heç nə gec deyil. Həmişə axtarışda olmaq, inkişaf etmək lazımdır”.
Ətraflı Baku TV-nin süjetində: