5000 manat verdim, oğlumu işə düzəltmədi” – Cəlilabad sakini şikayətçi oldu

“5000 manat verdim, oğlumu işə düzəltmədi” – Cəlilabad sakini şikayətçi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunun Seterxan küçəsində yaşayan Teymur İbrahimov Xanbala oğlu, rayon Yanğından Mühafizə xidmətinin əməkdaşı Taryel Əskərov Nabil oğlundan şikayətçidir.

Şikayətçi Tribunainfo.az-a bildirib ki, 2022-ci ilin aprel ayında Taryel Əskərov onun oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə 5000 manat pul və sənədlərini alıb.

Lakin iddiaya görə, ötən iki il ərzində Əskərov yalnız boş vədlər verib və iş məsələsini həll etməyib. Teymur İbrahimov ödənilən məbləğin geri qaytarılmasını tələb etsə də, artıq üç ildir ki, pulunu ala bilmir.

Dəniz Pənahova