Bu günə qədər Bakı, Sumqayıt və Abşeron yarımadasında rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün poçt şöbələrində 5000-ə qədər dekoder (“Set-Top-Box”) satılıb.
Bu günə qədər Bakı, Sumqayıt və Abşeron yarımadasında rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün poçt şöbələrində 5000-ə qədər dekoder (“Set-Top-Box”) satılıb.
Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov məlumat verib. O qeyd edib ki, bu gündən başlayaraq Bakı, Sumqayıt və Abşeron yarımadasındakı poçt şöbələrinə əlavə dekoderlər paylanacaq.
Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb və rəqəmli televiziya yayımına keçilib. Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.
Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.