50 ildə ilk dəfə amerikalılar bunu etdi, lakin…

50 ildə ilk dəfə amerikalılar bunu etdi, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Kosmik Qüvvələrinin Florida ştatının Kanaveral burnunda yerləşən bazasından 50 ildən artıq müddətdə ilk dəfə Amerika Ayına eniş aparatı kosmosa buraxılıb.

Tribunainfo.az xəbər verir ki, Peregrine-nin buraxılışı yaxşı keçsə də, modulu inkişaf etdirən Astrobotic Technology şirkəti mütəxəssislərin kosmik problemi həll etməyə çalışdıqları zaman baş verən “kritik yanacaq itkisi”ni elan etdiyi üçün missiyanın gələcək uğuru sual altında görünür.

“Mühərrikin nasazlığı yanacağın kritik itkisi ilə nəticələnib. Komanda itkini sabitləşdirməyə çalışır, lakin mövcud vəziyyəti nəzərə alaraq, əldə edə biləcəyimiz elmi məlumatları maksimum dərəcədə artırmağa üstünlük verdik. Hazırda hansı alternativ missiya profillərinin həyata keçirilə biləcəyini qiymətləndiririk”, – Astrobotic-in bəyanatında deyilir.