ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya endirdiyi hava hücumunu pisləyib.
Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bununla da ölkəsinin Ukraynaya dəstək olduğunu bir daha bəyan edib.
O bildirib ki, ABŞ Ukraynaya və onun azadlıq mübarizəsinə dəstək vermək üçün 50-dən çox ölkə ilə birlikdə hərəkət edir.
Bayden hava hücumu nəticəsində bir çox Ukrayna vətəndaşlarının işıqsız qaldığını, ABŞ hökumətinin Ukraynaya qışa hazırlıq zamanı enerji şəbəkəsinin dayanıqlığını artırmaqda kömək etmək üçün fəaliyyətini davam etdirdiyini deyib.