5 YAŞLI QIZ 3 YAŞLI QARDAŞINI DA GÖTÜRÜB EVDƏN QAÇDI… ÖZLƏRİNƏ PALTAR DA YIĞIBLAR…backend

5 YAŞLI QIZ 3 YAŞLI QARDAŞINI DA GÖTÜRÜB EVDƏN QAÇDI… ÖZLƏRİNƏ PALTAR DA YIĞIBLAR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 5 yaşlı qız 3 yaşlı qardaşını da götürərək özləri üçün paltar yığıb evdən qaçıb. Azyaşlı evdən çıxarkən qardaşının əmziyini də götürməyi unutmayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb. O bildirib ki, uşaqlar evdən qaçarkən anaları paltar yuyurmuş:

“Polis iki uşaq gətirib. Uşaqların biri 5-6 yaş digəri 3- 4 yaşında. Polis müəyyən edəndə əllərində paltarları, hətta balaca uşağın əmziyi filan. Evlərinin yerini bilmirlər. Polis gətirdi təhvil verdi. Gecə paylaşım etdik ki, bu uşaqları tanıyan varmı?
Gecəylə qohumlar, valideynlər tapıldı və gəldilər. Təhvil vermədik ki, araşdırma getsin. Sən demə, ananın başı qarışıb paltar yumağa, böyük uşaq, qız yığıb paltarlarını, qardaşının da paltarlarını, əmziyini də götürüb çıxıb gediblər. Necə olubsa, yolu itiriblər. Polis dərhal müəyyən edib və gətirib sığınacağa.

Əslində ilkin qiymətləndirmədə atılmış təsiri bağışlayır. Yəni pal-paltar yanında, əmzikləri filan. Kim düşünər ki, itmiş uşaq pal-paltarları ilə küçədə olsun”.

M.Zeynalova bildirib ki, indi valideynlər qorxur ki, bu hal böyüdükcə də təkrarlanar:
“Səhər gəlmişəm, ata uşağa deyir, a bala, sən indidən evdən qaçırsan, böyüyüəndə nə edəcəksən…. Ata əməlli başlı həyacan keçirir. Əslində həm gülməlidir, həm də düşündürücü… 5 yaşlı uşaq niyə pal-palatarı yığıb evdən getsin? Ailə zorakı ailə deyil. Sadəcə qıza görə narahatdır ki, bir az böyüsə və belə etsə nə olacaq”.