5 yaşlı oğlunu şaqqalamış erməni ata: “Boşadığım arvadımdan …” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Los-Anceles şəhərində itkin düşmüş 5 yaşlı Aramazd Andressyanın axtarışları uzun müddət davam etmişdi.  

ABŞ-ın Los-Anceles şəhərində itkin düşmüş 5 yaşlı Aramazd Andressyanın axtarışları uzun müddət davam etmişdi. 

Yüzlərlə polis, Federal Təhqiqat Bürosunun əməkdaşları bu erməni uşağı axtarırdılar.

5 yaşlı Aramazdın atası 35 yaşlı Aramazd Andressyan oğlunun sağ olduğunu deyirdi.

Milli.Az Nbclosangele-ə istinadən bildirir ki, balaca Aramazdın anası Ana Esteves və nənəsi də belə düşünürdülər.

Lakin sonradan bəlli olub ki, ata Aramazd oğlu Aramazdı xüsusi amansızlıqla öldürəndən sonra uşağın cəsədini şaqqalayaraq polietilen paketlərə yığıb və şəhər kənarında basdırıb.

Dünən ata Aramazd Andressyanın məhkəmə prosesi başa çatıb. Müttəhimlər kürsüsündə oturmuş ata Aramazd Andresyan gülümsəyir, yanındakı polislərlə zarafatlaşırdı.

O, bildirib ki, boşadığı arvadı Ana Estevesdən qisas almaq üçün belə edib: “Ana oğlumla görüşməyimə əngəllər yaradırdı, bunu istəmirdi. Mən də hirsləndim”.

Oğlunu Disneylendə əylənməyə aparan ata oradan balaca Aramazdsız qayıdıb. Boşadığı arvadı “Uşaq hanı?” soruşanda isə o, “attraksionlarda gözdən itdi, axtardım, tapmadım” deyib.

İstintaq zamanı bəlli olub ki, ata Artamazd oğlu ilə Desneylendi tərk edəndən 6,5 saat sonra 5 yaşlı uşağı boğub, sonra şaqqalayıb.


 

Boşadığı arvada “Oğlumuz itib” deyən A.Andressyan daha sonra Las-Veqasa, əylənməyə yollanıb.

5 yaşlı Aramazdın şaqqalanmış cəsədinin olduğu qara rəngli polietilen paketlərsə Santa-Barbara bölgəsindəki Kaçuma gölünün sahilində aşkarlanıb.

Məhkəmədə qatil ata cinayətini etiraf edib.

Ana Esteves isə ön sırada əyləşmiş, əlində oğlunun yandırılmış cəsədinin külü olan dəmir qabı tutmuşdu.