5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən qadının cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən qadının cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimovun sədrlik edib.
Məhkəmədə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı bildirib ki, Nazilə Qulubəyova hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub. Buna görə də o, cinayət məsuliyyətindən azad edilməlidir. Prokuror N.Qulubəyovanın ixtisaslaşmış psixiatriya stasionar müəssisəsinə müalicə göndərilməsini istəyib.
Bildirək ki, istintaq belə nəticəyə gəlib ki, Nazilə Qulubəyova imperativ xarakterli görmə və eşitmə hallüsünasiyaları növündə ruhi xəstəlikdən əziyyət çəkir.
Məhkəmə müşavirədən sonra hökm elan edilin. Hökmə əsasən o cinayət məsuliyyətindən azad edilib. Amma onun barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib və 1 saylı Respublika Psixiatriya Xəstəxanasına müalicəyə göndərilib.
Qeyd edək ki, ilkin məlumat belədir ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda “Üzüm bağı” dini təriqətinin üzvü olub.
O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.
Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.
Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.
Uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski tutaraq boğub.