5 tibbi mərkəzin tenderi bir şirkətə verildi

5 tibbi mərkəzin tenderi bir şirkətə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

22 tibb mərkəzinə klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri satın alınacaq.

Tribunainfo.az “Ajans”a xəbər verir ki, “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs bununla bağlı “AzəriMed” ilə iki müqavilə imzalayıb. sifarişin təminatçısı müəyyən edilib.
5 tibbi mərkəzin klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması üçün “AzəriMed”-ə 14 milyon 759 min manat, 12 tibb müəssisəsi üzrə sözügedəm malların alınmasına 21 milyon 500 min manat, daha 5 tibb mərkəzi üçün isə 8 milyon 496 min manat ödənəcək.
Qeyd edək ki, şirkət illərdir Səhiyyə Nazirliyinin balansında olan müəssisə və mərkəzlərin dövlət sifarişlərinin qalibi olur. Təkcə 2024-cü ildə toplam 67 milyon manatlıq tender “udub”.
“AzəriMed” QSC 2004-cü ildə 10 000 manatlıq nizamnamı kapitalı ilə təsis edilib. Tibbi avadanlıqların satışını həyata keçirən QSC bu sahədə inhisarçı şirkətlərdən hesab edilir.