5 Saylı uşaq poliklinikasında  dişi çəkilən körpə vəfat etdibackend

5 Saylı uşaq poliklinikasında dişi çəkilən körpə vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzTimes.az xəbər verir ki,  01 iyul 2024 -cü il tarixində Nərimanov rayon 5 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib. Həkim  Mehriban Cəfərova  2019-cu il təvəllüdlü Vəkilli Mirbəhram Mirqulam oğlunun dişini çəkərkən azyaşlının halı pisləşib ,edilən müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək olmayıb. Məsələ ilə bağlı AzTimes.az-a danışan ana bildirib ki, uşaqla həkimə getdik, heç bir   problem yox idi. Həkim  oğlumun iki dişini çəkdi. Onun halı anidən pisləşdi, rəngi göyərdi,  ayılda bilmədik.
Mərhumun anası onu da əlavə etdi ki, həkimdən şikayətçi deyillər buna səbəb isə həyat yoldaşının belə məsləhət bildiyini dedi.
Məsələ ilə bağlı TƏBİB verilən sorğunu cavablamayıb
Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma başladılıb.